İsrailin baş naziri Binyamin Netanyahu bazar ertəsi Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbası “birtərfəli nəticəsiz hərəkatlar”dan imtina etmək və BMT-nin Baş Assambleyanın 66-cı sessiyası çərçivəsində birbaşa danışıqlara başlamağa çağırıb.
“Bakı Xəbər” qəzetinin “İslamda yas mərasimləri və əyintiləri” mövzusunda keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Ərəb Dövlətləri Liqasının sentyabrın 13-15-də keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycanın BMT TŞ-nın 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib.
akıdan Təbrizə birbaşa hava reysi açılıb. Bu barədə bazar günü “Trend”ə “Kiş Air” aviaşirkətinin Təbriz nümayəndəliyinin rəhbəri Nadir Cəvani bildirib. Onun sözlərinə görə, sentyabrın 20-də ilk uçuş həyata keçiriləcək.
"Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır". Bunu ANS-in "Hesabat" verilişinə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusı Kılıç deyib.