İsrailin İordaniyadakı səfiri Daniel Nevo Əmmana qayıdıb.
SalamNews-un Lenta.ru.-ya istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin digər əməkdaşları gələn həftə İordaniyaya qayıdacaqlar.
Xatırladaq ki, o, sentyabrın 14-də Əmmanda baş verən iğtişaşlar səbəbindən ölkəni tərk edib. Həmin vaxt İordaniyada Fələstinin müstəqilliyinə dəstək olaraq keçirilməli olan nümayişləri nəzərə alan İsrail XİN əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlmişdi.
Nümayəndəliyin evokuasiyasına digər bir səbəb isə, sentyabrın 9-10-da Qahirədə İsrail səfirliyi qarşısında kütləvi iğtişaşın baş verməsi olub. Nümayişçilər səfirlik ərazisinə daxil olaraq İsrail bayraqlarını yandırıblar. Etirazçıları yalnız gözyaşardıcı qazdan istifadə etməklə dağıtmaq mümkün olub. Hadisələr zamanı 130 nəfər həbs edilib.