Deyerler.Org: Liviyaya qəfil ziyarət edən Fransa prezidenti Nikola Sarkozi və İngiltərə baş naziri David Kemeron Binqazi şəhərindəki “Təhrir” Meydanında toplanan kütlə qarşısında çıxış edib.(AA)
eydanında toplanan kütlə qarşısında çıxış edib.(AA) "Birləşmiş bir Liviyada olduğumuza inanırıq, parçalanmış deyil'' deyən Sarkozi, ''Benqazili gənclər, liviyalı gənclər, ərəb gəncləri, Fransa sizə dostluğunu və dəstəyini təqdim edir. Sülh istədiniz, azadlıq istədiniz, iqtisadi inkişaf istədiniz, Fransa, İngiltərə və Avropa Liviya xalqının yanında olacaq'', - deyə bildirib. David Kemeron da çıxışı zamanı İngiltərə və Fransanın Liviyanın yanında olacağını deyib və əlavə edib ki, ingilis xalqı cəsarətinizi görə sizi təbrik edir.
Muəmmar Qəzzafi rejiminin düşməsindən bu yana Liviyaya gedən ilk qərbli rəsmilər olan iki lider, Fransa və İngiltərə bayraqları dalğalandıran yüzlərlə liviyalının qarşısında çıxış edib.
Qeyd edək ki, Türkiyə baş nazirinin Liviyaya səfərinin olacağını eşidən Sarkozi və Kemeron gözlənilmədən Liviyaya səfər edib. Türkiyənin hakim partiyası bunu "Sarkozi və Kemeron əlindən oyuncağı alınmış uşaq kimi özlərini aparırlar" deyə şərh edib.