“Qurani-Kərimin Elmi Möcüzələri” ensiklopediyasının ikinci cildi “Quranda Yer üzü” adı ilə nəşr edilib.
SalamNews-un IQNA-ya istinadən verdiyi xəbərə görə, geologiya sahəsində Qurani-Kərim möcüzələrini izah edən və bu sahədəki kəşflərin şəkillərini ehtiva edən bu ensiklopediya geologiya üzrə mütəxəssis Z.Nəccar tərəfindən hazırlanıb.
Livanın paytaxtı Beyrutda yeni nəşr olunan bu kitab Allahın kainatı Quranda buyurulduğu kimi yaratması mövzusundadır.
Xatırladaq ki, “Qurani-Kərimin Elmi Möcüzələri” ensiklopediyasının birinci cildi “Cənnət Kitabı” adı altında ötən il nəşr olunub.