POPULYARXƏBƏRLƏR

Qarabağda qəzaya uğramış pilotsuz təyyarə İsrail rejiminin HHQ-ə məxsus olub – mənbə

Bu günlərdə bir sıra erməni KİV-i Azərbaycanın işğal edilmiş Xocalı rayonu ərazisində guya erməni işğalçı qüvvələri tərəfindən "Azərbaycanın pilotsuz təyyarəsinin vurulması" haqqında məlumat yaymışdı.



Azərbaycanın Müdafiə Nazirliyi rəsmən bəyan edib ki, işğal edilmiş Xocalı rayonu ərazisində qəzaya uğramış pilotsuz təyyarənin Azərbaycana məxsus olması haqda məlumat həqiqətə uyğun deyil.



Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bəyan edib ki, "İşğal edilmiş ərazilərdə qəzaya uğrayan təyyarənin Azərbaycana heç bir aidiyyatı yoxdur".



Diqqət yetirmək lazımdır ki, qəzaya uğrayan pilotsuz təyyarənin üzərində heç bir fərqləndirici nişanlar olmayıb (yenə də erməni KİV-in xəbərinə görə). Hərçənd iyunun 26-da Bakıdakı hərbi paradda nümayiş etdirilən pilotsuz təyyarələrin üzərində Azərbaycan bayrağının əksi olub. Artıq bu fakt ermənilərin yaydığı xəbərin doğruluğuna şübhə yaradır. Hərçənd, erməni mediasının dezinformasiya yayması yeni fakt deyil.



Bununla da məsələni qapamaq olardı. Amma… Bu gün bu məsələdə yeni sensasiya işartıları meydana gəlib.



Türkiyənin diplomatik mənbələrinə yaxın mənbənin SalamNews-a verdiyi xəbərə görə, hadisə doğurdan da baş verib.



Adının çəkilməsini istəməyən mənbə deyib: "Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində təyyarənin qəzaya uğraması faktı həqiqətən mövcuddur. Amma təyyarə Azərbaycanın Silahlı Qüvvələrinə məxsus olmayıb".



Mənbə bildirib ki, "bu İsrailin pilotsuz təyyarəsidir və İsrailin Hərbi Qüvvələrinə məxsus olub. Təyyarə Ermənistandakı, bəlkə də Dağlıq Qarabağın işğalçı qüvvələrinə məxsus hərbi bazadan havaya qalxıb və İrana qarşı kəşfiyyat tapşırığını yerinə yetirirmiş".



Beləliklə, mənbənin rəyinə əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindən erməni quldur birləşmələri qanunsuz narkotrafik, terror qruplaşmalarının düşərgəsi ilə yanaşı, həm də hərbi kəşfiyyatın məxfi əməliyyatları üçün istifadə edirlər.



Mənbə bildirib ki, İsrail rejimi son zamanlar pilotsuz təyyarələrini bütün Yaxın Şərq regionunda istifadə edir.



Anlaşılan səbəblər üzündən qeyd olunan məlumatı yoxlamaq mümkün deyil. Bunun nə dərəcədə həqiqətə uyğun olması ehtimallarına dair şərh vermirik. Onu dərc etməklə yalnız alternativ fikrə yer veritik.



Lakin ümumilikdə bütün vəziyyət bir sıra suallar doğurur. Məsələn, nə üçün "vurulan pilotsuz təyyarə" haqda "qaynar məlumat" hadisənin baş verməsindən – 12 sentyabr (özü də dəqiq vaxt göstərilməklə - 07.30) yalnız 2 gün sonra, sentyabrın 14-də yayıldı?



Təyyarənin Azərbaycan istehsalı olmadığı hətta ermənilərdə də şübhə doğurmur: separatçı rejimin müvafiq strukturlarında bu fikir artıq səslənib.



Azərbaycan pilotsuz uçan cihazlar istehsal etdiyini gizlətmir. Azərbaycanın müstəqilliyinin 20 illiyi və Hərbi Hava Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibəti ilə təşkil edilən paradda Azərbaycan istehsalı olan "Qaranquş" və "Şahin" pilotsuz təyyarələri nümayiş etdirilmişdi. Bu cihazlar düşmənin arxa cəbhəsində kəşfiyyat aparmaq üçün ən müasir və təsirli texnikadır.



Bir müddət öncə, Azərbaycan KİV-də İsrail rejiminin "Orbiter-2M" və "Aerostar" tipli pilotsuz uçan cihazların istehsalına başlaması haqqında məlumat yayılmışdı.



"Aerostar"



Daha bir fakt. Ermənilərin sevinclə "Azərbaycanın pilotsuz təyyarəsinin vurulması" xəbəri bu məlumatı müşahidə edən fotoşəkillərə nəzər saldıqda sabun köpüyü kimi yox olur. "Məhv edilmiş" təyyarə heç havada vurulana bənzəmir – yanğın və güllə dəliklərindən əsər əlamət belə yoxdur. Amma başqa şey nəzərə çarpır – cihaz sadəcə olaraq, yerə çırpılıb (müəyyən nasazlıqdan da ola bilər) və məhv olub... Yeri gəlmişkən, bu pilotsuz təyyarə ölkəmizdə istehsal edilənlərə qətiyyən bənzəmir – model və forma tam başqadır.

Mənbələrin bildirdiyinə görə, Azərbaycanın HHQ-də "Orbiter-2M" və "Aerostar"dan savayı həmçinin İsrail rejimindən alınmış Hermes 450 pilotsuz uçan cihazdan da istifadə edilir.



Elə həmin türk diplomatik mənbə separatçıların Youtube-də yerləşdirdikləri "məhv edilən pilotsuz təyyarənin" videogörüntülərinə diqqət çəkib.Bildirmək lazımdır ki, "NovAtel" yüksək dəqiqliyə malik GNSS hissələri istehsal edir. İsrail rejimi bu şirkətdən yeni nəsl pilotsuz təyyarələri - Hermes 1500 (1997) və Hermes 900 (2009), Hermes 180 (2002) üçün DGPS sistemləri alır.

Azərbaycan HHQ-də istifadə edilən İsrail rejiminin istehsalı olan pilotsuz təyyarə - Hermes 450-dür (1994).



Yerləşdirilib:16 Sentyabr, 2011  15:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com