Tunisdə keçiriləcək parlament seçkiləri bütün dünyaya sübut edəcək ki, müsəlman ölkələrində demokratiya Qərbdən də daha çox parlaya bilər. Türkiyə baş naziri Rəcəb Tayyib Tunisdə çıxışı zamanı belə bildirib, - “RBK” xəbər verir.
“Tunis seçkilərinin uğuru göstərəcək ki, demokratiya və İslam bir-birini dəstəkləyən anlayışlardır”, - deyə Türkiyə baş naziri bildirib.
“Türkiyə əhalisinin 99%-i müsəlmanlardır. Lakin bu ölkədə demokratiyanın necə inkişaf etməsi göz qabağındadır”, - deyə Ərdoğan qeyd edib.