Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri asanlaşdırmaq üçün İran ərazisindən Biləsuvar-Bazarkənd əsas avtomobil yolu çəkiləcək. Bu barədə İranın nəqliyyat və şəhərsalma naziri Əli Nikzad bildirib.
SalamNews İRNA-ya istinadən xəbər verir ki, o, Parsabad şəhərində çıxışı zamanı deyib: "Yolun tikinti işləri hərbi baza “Hatam ul Anbiya” qüvvələri tərəfindən aparılacaq. Bu baza İran Silahlı Qüvvələri və İslam İnqilabı Korpusunun mühafizə dəstəsinin nəzarəti altındadır. Yolun tikintisi üçün Nəqliyyat və Şəhərsalma Nazirlyi “Hatamul-Anbiya” və ölkə banklarının biri ilə müqavilə imzalanıb”.
Onun sözlərinə görə, yol sərnişin və yük daşınmasını asanlaşdıracaq. Tikintinin 50 faizi Nəqliyyat və Şəhərsalma Nazirlyi tərəfindən, digər 50 faizi isə şəxsi sektor tərəfindən pul vəsaiti ilə təmin olunacaq.
O, həmçinin məlumat verib ki, yaxın zamanda Ərdəbildən Parsabada dəmir yolu xətti çəkiləcək və bu, Azərbaycanın, Rusiyanın və Çinin dəmir yolları ilə birləşəcək.