Misirin keçid hökumətinin baş naziri İsam Şərif İsrail rejimi ilə keçmişdə imzalanmış sülh razılaşmasına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib, - “RİA Novosti” xəbər verir.
“Kemp-Devid razılaşması – müqəddəs bir razılaşma deyil və o hər zaman müzakirələr üçün açıqdır”, - deyə Misir baş naziri bildirib.
Bununla yanaşı, o qeyd edib ki, İsrail rejimi ilə Misir arasında imzalanmış sülh razılaşmasına dəyişiklik edilməsi, regionda ədalətli sülh maraqlarına cavab verə bilməyəcəyi təqdirdə mümkündür.
Qeyd edək ki, hazırda İsrail rejiminin Yaxın Şərqdə ən ehtiyat etdiyi məsələlərdən biri, məhz Misir tərəfindən həmin razılaşmanın ləğv edilməsidir.