Liviya Milli Keçid Şurası (MKŞ) BMT Baş Assambleyasının üzvü olmaq hüququnu qazanıb.
Baş Assambleyada qərarın lehinə 114, əleyhinə 14 üzv dövlət səs verib. 15 ölkə bitərəf qalıb.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, qərarın əleyhinə səs verən dövlətlər əsasən Latın Amerikası ölkələri olub. Cənubi Afrika ölkələri bloku səsverməni təxirə salmağa çalışsa da, bu onlara nəsib olmayıb.
Bildirək ki, artıq dünyanın 80-dən çox ölkəsi, o cümlədən ABŞ, Almaniya, Rusiya və Fransa MKŞ-nin legitimliyini tanıyıb.
Səsvermə proseduru başa çatdıqdan sonra MKŞ lideri Mustafa Əbdel Cəlil gələn həftə üzv dövlət başçılarının Nyu-Yorkda baş tutacaq görüşündə iştirak etmək hüququnu qazanıb. Onun səfər zamanı ABŞ prezidenti Barak Obam və digər ölkə liderləri ilə görüşəcəyi gözlənilir.