“Fransa bundan sonra da Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək”
Türkiyə Prezidenti Abdulla Gül, Fransa Senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı açıqlama verib. Qərarı pisləyən Gül, Fransaya səslənib.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin dünən Fransa Senatında qəbul edilməsinə münasibət bildirib. Ə.Həsənov bunu "söz azadlığı və insan hüquqlarına zidd" adlandırıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı Fransaya məktub göndərərək, təşəkkürünü bildirib.
Avropa İttifaqı Komissiyası, Fransa Senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bu dəfə şərh verməmək qərarına gəlib.
Dünən dünyanın bəzi ölkələrindəki İsrailin diplomatik nümayəndəliklərinə içərisində Sibir xorasının törədicisinə bənzər şübhəli ağ toz olan zərflər göndərilib.
Bu gün imam Rzanın (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.