POPULYARXƏBƏRLƏR

Türkiyə səfirliyi: Fransa hökuməti öz istəyi ilə ATƏT-in Minsk Qrupundan uzaqlaşmalıdır

“Senatda qəbul olunan qərar Fransanı geriyə, 1789-cu il Fransız İnqilabının öncəsinə atıb”

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qərarla bağlı açıqlama yayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, açıqlamada qeyd olunub ki, “İnkarçılığın Cəzalandırılmasına Dair Qanun”un Fransa Senatında qəbul edilməsi hüquqa, insan hüquqlarına, söz və fikir azaldığına, ayrıca, Fransanın daima özünü ən böyük müdafiəçisi olaraq təqdim etdiyi ümumbəşəri dəyərlərə tamamilə zidd olan bir addımdır: “Fransa tarixində bir qara ləkədir. Türk Dünyasının qəlbini sızladan bu qərarı şiddətlə qınayırıq. Fransız Siyasətçilər tarixçi rolunda çıxış etməklə və özlərini hakim bilərək Türk tarixini mühakimə etməklə öz hədlərini aşıblar. Bu qərar Türk Millətinə və tarixçilərə qarşı edilən bir hörmətsizlikdir. Bu qərar Fransanı geriyə, 1789-cu il Fransız İnqilabının öncəsinə atıb. Bəzi Fransız senatorların seçkilərə hesablanan və bunun uğrunda özlərini “qapalı dairənin” içində həbs etdiklərini görməməsi təəssüf hissi doğurur”.

Açıqlamada qeyd olunub ki, eyni xarakterli bir qanun layihəsi, Senatın Qanunlar Komissiyasının Konstitusiyaya zidd olduğuna dair rəyi əsasında 4 may 2011-ci il tarixdə Senatın ümumi yığıncağında lehinə 74, əleyhinə 196 səslə rədd edilib. Bu dəfə də Qanunlar Komissiyası layihənin zidd olduğuna dair rəy verib, ancaq Senat, buna baxmayaraq, sözügedən layihəni qəbul edib. Bu proses, oynanan oyunun gerçək üzünü dünya ictimaiyyətinə açıq-aydın göstərmiş və bu qanuna dəstək verənlər öz nüfuzlarına xələl vurublar. Bu qanun BMT-nin İnsan Hüquqlarının Ümumi Deklarasiyası, Avropa İnsan Hüquqları Konvensiyası və Fransa Konstitusiyasının müvafiq müddəalarını pozur.
Tarixçi olmayan bəzi Fransız senatorların, yüz il bundan əvvəl baş verən və isbat edilməyən bir hadisəni inkar edənlərin cəzalandırılmasına səs verməsi, yenə də tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi düşündürücüdür. Qərarın lehinə səs verən siyasətçilərin bu əməli tarixə qarşı cinayətdir. Səlahiyyətlərini aşan bu siyasətçilər, hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət daşıyacaq.
Senat tərəfindən demokratiyaya “Ala Française” bir düzəliş edilən Fransada, bundan sonra “erməni soyqırımını inkar edən” hər bir Türkiyə Türkü, hər Azərbaycanlı, hər Qazax və Qırğız, hər bir tədqiqatçı və hər fikir sahibi təhdid altındadır.
Azərbaycanın vəzifəli şəxslərinin və siyasətçilərinin də qeyd etdiyi kimi, Fransa rəhbərliyi, regionda sülhün bərqərar edilməsi üçün yeritdiyi vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməyəcəyini bir daha nümayiş etdirib. Əsasən Fransa Hökumətinin öz səriştəsizliyini və tərəfgirliyini görüb öz istəyi ilə Minsk Qrupundan uzaqlaşması ən yaxşı çıxış olacaqdır”.

Səfirliyin yaydığı açıqlamada, həmçinin bildirilib ki, yaddaşdan heç vaxt silinməyəcək, 20 il əvvəl baş verən Xocalı faciəsinə göz yuman bəzi Fransız idarəçilərin Birinci Dünya müharibəsi vaxtı, bir əsr əvvəl baş verən hadisələr barədə yalanları gündəmə gətirərək siyasi dividentlər əldə etməyə çalışması, dərin kökləri olan keçmişi və ənənələri ilə tanınan Fransanın siyasət qurumuna silinməz bir ləkə salıb: “Sözügedən qərar, Türkiyə ilə Ermənistan, həmçinin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərəcək, xalqlar arasında kin, nifrət və düşmənçilik hisslərini gücləndirəcəkdir. Eyni zamanda bu bölgədə gərginliyi artıracaq və xalqlar arasında etimadsızlığı daha da dərinləşdirəcə. Digər tərəfdən, son dövrdə bütün Avropada genişlənən ksenofobiya və irqçilik kimi tendensiyaları gücləndirəcək. Fransada yaşayan türklər ilə ermənilər arasındakı ziddiyyətləri kəskinləşdirəcək, bu ölkədəki ictimai barışığa və əmin-amanlığa qətiyyən xidmət etməyəcək. Qısaca, Fransanın dəyərlərinə və Fransa xalqının mənafelərinə zidd olan, məhdud sayda siyasətçinin bəsit hesablarına və oyunlarına xidmət edəcək bu qanun, xalqlar arasındakı münasibətlərə xələl gətirəcək.
Türkiyənin bu qeyri-legitimliyə qarşı mübarizəsində Azərbaycan xalqının və rəhbərliyinin verdiyi dəstək minnətdarlıqla qarşılanmaqdadır. Digər tərəfdən, mübarizəmiz daha başa çatmayıb. Buna görə, önümüzdəki günlərdə Türkiyənin atacağı addımlara qardaş Azərbaycanın dəstəyinin davam etməsini arzu edirik.
Türkiyə, təməl ümumbəşəri dəyərləri və ictimai vicdanı heçə sayan bu haqsız qərara qarşı hər cür legitim yollarla mübarizə aparmaqda qərarlıdır. Sağlam fikirli Fransa xalqının və Senatorlarının bu məsələdə davam edən dəstəyi isə ümidlərin sönməməsinə əsas verir. Fransada sağlam düşüncənin qalib gəlməsini səbir ilə gözləyirik, məsələ Konstitusiya Məhkəməsinə müzakirəyə verildiyi halda Konstitusiya Məhkəməsinin ədalətli bir qarar qəbul etməsini umuruq”.



Yerləşdirilib:25 Yanvar, 2012  16:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com