“İrəli” İctimai Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər.
APA-nın xəbərinə görə, aksiya Fransa Senatında “Qanunla tanınmış soyqırımlarının mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbuluna etiraz olaraq təşkil edilib.
Aksiya iştirakçıları səfirliyin qarşısında “Fransada ölmüş demokratiya”nın ruhuna şamlar yandırıb, “Azərbaycan-Türkiyə!”, “Ar olsun Sarkoziyə!”, “Sarkozi – Sarkisyan!” şüaları səsləndiriblər. Daha sonra etiraz bəyanatı oxunub.