Misirin paytaxtı Qahirənin Təhrir meydanında xalq üsyanının ildönümünü qeyd edən insanlar keçmiş prezident Hüsnü Mübarəkin, eləcə də Suriya prezidenti Bəşər Əsəd və Yəmən lideri Əli Abdulla Salehin edam olunmasını tələb ediblər. APA-nın xəbərinə görə, mitinqçilər Suriya və Yəmən inqilabçılarına dəstək veriblər və bu ölkələrdə rejim dəyişikliyinin zəruriliyini vurğulayıblar.
Azərbaycan İslam Partiyası (AİP) Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanun qəbul etməsini pisləyən bəyanat verib.
İordaniyanın paytaxtında keçiriləcək Fələstin-İsrail danışıqlarının beşinci mərhələsi sonuncu olacaq. Bu barədə Fələstinin "Maan News" xəbər agenltiyi Fələstin Muxtariyyəti Administrasiyasının (FMA) rəsmi nümayəndəsinə istinadən xəbər verib.
Türkiyənin birinci xanımı, ölkə prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gül, xarici ölkələrin Ankaradakı qadın səfirlərini, beynəlxalq təşkilatların qadın nümayəndələrini və səfirlərin həyat yoldaşlarını nahara dəvət edib.
İran tüməninin ABŞ dolları ilə nisbətdə kəskin ucuzlaşması səbəbindən Kərbəla və Nəcəf şəhərlərində İslam Respublikasının valyutasının ödəniş vasitəsi kimi qəbulu dayandırılıb.
Fələstin Milli Administrasiyasının nazirlər kabineti İsraildən Fələstin parlamentinin spikeri Əbdel-Əziz əd Düeyki və digər deputatların azad olunmasını tələb edib.