Dünən dünyanın bəzi ölkələrindəki İsrailin diplomatik nümayəndəliklərinə içərisində Sibir xorasının törədicisinə bənzər şübhəli ağ toz olan zərflər göndərilib.
SalamNews-un ''MigNews''a istinadən verdiyi xəbərə görə, İsrailin Haaqa, Brüssel və Londonda yerləşən səfirliklərinə, həmçinin, bu ölkənin Nyu-York, Hyuston və Boston konsulluqlarına zərflər çatdırılıb. Nəticədə, Boston konsulluğu bağlanıb, əməkdaşları isə təxliyyə olunub.
Boston nümayəndəliyinin bağlanması şərh edilmir.
Verilən məlumatlara görə, hərbi senzura bu barədə xəbərlərin açıqlanmasına qadağa qoysa da, sonradan bu qadağa qismən ləğv edilib.