Bu gün imam Rzanın (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.
Imam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. Imamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib.
Bü hüznlü, imam Rzanın (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.