Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı Fransaya məktub göndərərək, təşəkkürünü bildirib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Nalbandyanın məktubunda deyilir: "Bu gün yalnız Ermənistan-Fransa əlaqələri tarixinə deyil, həm də insan hüquqlarının müdafiəsi tarixinə qızıl hərflərlə yazılacaq. Bu qərarın qəbul edilməsinə görə Fransa prezidenti, Senatı və hökumətinə minnətdarlığımı bildirmək istəyirəm".