Avropa İttifaqı Komissiyası, Fransa Senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bu dəfə şərh verməmək qərarına gəlib.
SalamNews-un "Cihan" agentliyinə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Stefan Fule, sələfi Olli Rehndən fərqli olaraq, fransız layihəsini tənqid etməyib. Rehn, Fransada eyni məzmunlu layihənin 2006-cı ilin oktyabr ayında gündəmə gəlməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmişdi.
Stefan Fulenin mətbuat ofisindən verilən açıqlama bildirilib ki, komissiya, üzv ölkələrin parlamentlərində keçirilən səsvermələri şərh etmir.