Türkiyə Prezidenti Abdulla Gül, Fransa Senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı açıqlama verib. Qərarı pisləyən Gül, Fransaya səslənib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, prezident deyib: "Senatda qəbul edilən bu qanunu təəssüf hissi ilə pisləyirəm. Avropanın Fransa kimi əhəmiyyətli bir ölkəsi dünəndən etibarən söz azadlığını məhdudlaşdıran ölkələr sırasına daxil olub. Ümid edirəm ki, 60 senator fransız demokratiyası üzərinə düşən bu kölgəni aradan qaldırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Qərar türk xalqının yaddaşında dərin izlər buraxacaq".