Bu gün Sumqayıt şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin həbsdə olan təşkilati işlər üzrə müavini Arif Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Anar Qasımov APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, A. Qəniyevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses yanvarın 26-da davam etdiriləcək.