Noyabrın 23-də Mətbuat Şurasının ofisində "Media və din" adlı dəyirmi masa düzənlənəcək. Bu barədə məlumat şuradan verilib. Məlumatda vurğulanır ki, Mətbuat Şurası konkret sahələr üzrə apardığı monitorinqlərin nəticələrinə dair silsilə dəyirmi masa reallaşdırır. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndələri, tanınmış ekspertlər, həmçinin media təmsilçiləri iştirak edəcəklər.
Tədbirdə Şuranın son aylarda bu sahədə apardığı monitorinqin nəticələri açıqlanacaq, dini məsələlərin işıqlandırılmasında özünü qabarıq göstərən tendensiyalar və digər aktual cəhətlər ətrafında geniş diskussiyalar aparılacaq, fikir mübadilələri ediləcək, media nümayəndələrinə tövsiyələr veriləcək.