Hüseyn Ənvari: "Azərbaycana gəlişimin məqsədi iki dövlət arasındakı münasibətləri daha da artırmaqdır"
İranın "İmam Xomeyni İmdad Komitəsi"nin sədri Hüseyn Ənvari Bakıda səfərdədir. Sabah cənab Ənvarinin bir sıra nazirliklərdə görüş keçirəcəyi gözlənilir. Komitə sədri bildirib ki, səfərinin məqsədi iki ölkə arasında humanitar sahədə əməkdaşlığı genişləndirməkdir: "Azərbaycana gəlişimin məqsədi iki dövlət arasındakı münasibətləri daha da artırmaqdır. Bundan başqa, biz hər il 2-3 nümayəndəliyimizə baş vururuq.
Bu gün də gəldik ki, "İmdad"ın buradakı nümayəndəsi ilə görüşlər keçirək və hər hansı çətinlikləri olduğu təqdirdə Azərbaycanın dövlət başçısından bunların həllində köməklik göstərməyini xahiş edək. Həmçinin bu səfərdə artıq 10 ildən artıqdır ki, "İmdad" komitəsinin Azərbaycandakı rəhbərinə təşəkkür etmək fikrindəyik".