Suraxanı rayon 30 -cu polis bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Çingiz Məmmədov və Ədalət Bayramovu yaxalayıblar. Bu barədə bölmənin baş əməliyyat müvəkkili Elşən Rzayev məlumat verib.
Onlar şərti alıcıya 19-cu əsrə aid dini rəsm əsərini (ikona) 2000 ABŞ-ı dollara və 5 kq yüksək kimyəvi tərkibli civə məhlulunu isə 15.000 ABŞ-ı dollara satmaq istəyərkən yaxalanıblar.