"Avropanın bəzi xristian şəhərlərində- London, Münhen, Hamburq, lap elə ABŞ-ın San-Fransisko şəhərində məscid sayı Bakıdan çoxdur"
Dostları adanalı Mahmudu mömin müsəlman kimi tanıyırdılar. Amma o, mənşəyinə görə İslamdan xeyli uzaq, məscidə getməyə tövbə demişlərin təriqəti olan nüseyriliyin təmsilçisi idi. İslamla yaxından ilk tanışlığı 1997-cı ildə Güney Azərbaycanda, daha dəqiqi, Təbrizdə olmuşdu və orada şiəliyi qəbul etmişdi. O vaxtdan Mahmud namazını məsciddə qılmağa çalışırdı, bir dəfə də olsun Cümə namazını keçirmirdi.