 | POPULYARXƏBƏRLƏR |




|
"Bakı Dövlət Universitetinin ərazisində tikilən məscid 18 ilə yaxındır ki, inşa olunub. Bu məscid Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə tikilib. O vaxt sənədləşmə düzgün aparılmayıb". Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov universitetinin ərazisində fəaliyyət göstərən və "İlahiyyat fakültəsi" məscidi kimi tanınan ibadət ocağının bağlanacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 23 May, 2009
|
""Əbu Bəkr" şeytan yuvasıdır, Qamət isə kafirdir. Onun bəxti gətirib ki, partlayış zamanı ölməyib"
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 23 May, 2009
|
Bu gün Bakıdakı "İlahiyyət fakültəsi" camesində cümə namazı qılınıb. Lent.az-ın müxbiri xəbər verir ki, məscidə yüzlərlə dindar gəlib. Məscidin içərisində yer olmadığından insanların yarıdan çoxu həyətdə namaz qılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 23 May, 2009
|
""Dini Etiqad azadlıqları haqında" qanuna əlavə və dəyişikliklər Azərbaycanda din və etiqad azadlıqlarını məhdudlaşdırırmı?" mövzusunda bu gün debat keçirilib. APA-nın məlumatına görə, debatda bu dəyişikliklərin əleyhdarı kimi Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzini (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu, müdafiəçisi kimi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov çıxış edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 May, 2009
|
Bakıdakı "İlahiyyət fakültəsi" camisi ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq "İlahiyyət fakültəsi" camisinin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Lent.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 May, 2009
|
Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahinin APA-ya müsahibəsi
Ətraflı| Şərhlər: 0 | Дата: 21 May, 2009
|
Adəm və Həvva Azərbaycan səhnəsinə gəlir. İrəvan Dövlət Dram Teatrında hazırlanan "Adəm və Həvva" tamaşası bütün insanların ulu babası, Allahın yaratdığı ilk insanlardan bəhs edir. Səhnə əsəri yazıçı Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında səhnələşdirilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 May, 2009
|
Bu gün Bakı Apelyasiya Məhkəməsində "Azadlıq" radiosunun Yasamal rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Bu barədə qarşı tərəfin - "Nərimanov rayon dindarları" Dini İcmasının rəhbəri, "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun hüquqi nümayəndəsi Rəşad Məmmədov məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 May, 2009
|
Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki ("Tələbə şəhərciyi") məscidin fəaliyyəti iki gündən sonra dayandırılacaq. Bu barədə Lent.az-a məlumat verən mənbə bildirib ki, məscidin imamı mayın 19-da camaat namazında ibadət ocağının bağlanması barədə xəbərdarlıq aldığını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 May, 2009
|
Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif vaxtlarda tikilən və indiyə kimi də fəaliyyət göstərən bütün məscidlərin taleyinə aydınlıq gətiriləcək. Qanunsuz inşa edilən məscidlərin sökülməsi gündəmdə olmasa da, artıq icazə alınmadan tikilən ibadət ocaqlarının fəaliyyətinin qanuniləşdirilməsi ilə bağlı sənədləşmə prosesinə başlanılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 May, 2009
|
|
|
777 səhifədən 715 << < 711 712 713 714 715 716 717 718 719 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|