POPULYARXƏBƏRLƏR

Türkiyənin Diyanet İşləri Vəqfinin Azərbaycandakı məscidlərindən yalnız birinin sərəncamı var - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahinin APA-ya müsahibəsi

- Son vaxtlar Azərbaycandakı türk məscidlərinin fəaliyyətinin dayandırılacağına dair məlumatlar daha da intensivləşib. Ümumiyyətlə, deyən bilərsinizmi, Azərbaycanda neçə türk məscidi var?

- Məscidləri "türk", "azəri" və digər adlarla adlandırmaq, onları bu şəkildə bölgüyə almaq düzgün deyil. Ancaq mən deyə bilərəm ki, Azərbaycanda Türkiyənin Diyanet İşləri Vəqfi tərəfindən tikilən müəyyən sayda ibadət ocağı fəaliyyət göstərir. Onlardan bir neçəsi rayonlarda, bir neçəsi Bakı ətrafında, qalanları isə paytaxtdadır. Bir məscid isə Naxçıvan Muxtar Respublikasındadır.

- Bu məscidlərin konkret sayını və harada yerləşdiyini açıqlaya bilərsiniz?

- Türkiyənin Diyanet İşləri Vəqfi tərəfindən Azərbaycanda doqquz məscid tikilib. Onlardan biri bayaq qeyd etdiyimiz kimi Naxçıvanda yerləşir və "Kazım Qara Bəkir" məscidi adlanır. Biri isə Şəhidlər Xiyabanında yerləşən "Şəhidlər" məscididir. Bu məscid hazırda təmirə bağlanıb, işlər başa çatdırdıqdan sonra fəaliyyətini davam etdirəcək. Onlardan biri Bakı Dövlət Universitetinin "İlahiyyat fakültəsi" məscididir. Məscidlərdən biri Ceyranbatanda, biri Qaraçuxurda, biri isə Mehdiabadda yerləşir və həmin qəsəbələrin adını daşıyır. Bundan başqa, Ağdaşın Ləki qəsəbəsində yerləşən "Ləki" məscidi, Yevlaxda yerləşən "Çorum" məscidi və Qusardakı "Mustafa Kazdal" məscidi də bizim tərəfimizdən tikilib. Bu məscidlərdən hər birində bizim nümayəndəmiz var. Lakin bu yaxınlarda Yevlax və Ləkidəki məscidlərdə olan nümayəndələr Türkiyəyə qayıdıb. Onların yerinə hələlik heç kəs göndərilməyib.

- Onların qanunsuz inşa olunduğu bildirilir. Bu məscidlərin sənədi varmı?

- Bu məscidlərin heç birinə qanunsuz demək olmaz. Bu ibadət ocaqları 1993-96-cı illərdə tikilib. O zaman həmin məscidlər inşa olunarkən müvafiq rayonların İcra hakimiyyətlərindən icazə alınıb. Onlardan yalnız "Şəhidlər" məscidinin tikintisi ilə bağlı sərəncam var. Hazırda digər məscidlərlə bağlı sənədləşmə işləri aparılır.

- Bu məscidlərdə ümumilikdə nə qədər insan ibadət edir?

- Cümə namazlarında məscidlər dolur. Hətta "İlahiyyat fakültəsi" məscidində insanlar məscidin həyətində ibadət etməli olurlar. Məscidlərin bəzilərində ibadət edənlərin sayı 5-6 mindən artıqdır. Ümumilikdə isə adını çəkdiyimiz 9 məsciddə namaz qılanlar haradasa 20 min nəfərdən çoxdur.

Qeyd edək ki, APA-nın dünən yaydığı məlumatda Azərbaycanda 10-dək məscidin qanunsuz fəaliyyət göstərdiyi bildirilmiş, onlardan ikisinin adı qeyd olunmuşdu. Bu müsahibədə isə qalan məscidlərin də adı açıqlanır.



Yerləşdirilib:21 May, 2009  16:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com