POPULYARXƏBƏRLƏR

"BDU-nun ərazisindəki məscidlə bağlı vəziyyət dözülməzdir" - Abel Məhərrəmov

"Bakı Dövlət Universitetinin ərazisində tikilən məscid 18 ilə yaxındır ki, inşa olunub. Bu məscid Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə tikilib. O vaxt sənədləşmə düzgün aparılmayıb". Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov universitetinin ərazisində fəaliyyət göstərən və "İlahiyyat fakültəsi" məscidi kimi tanınan ibadət ocağının bağlanacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

Rektor son vaxtlar universitetin ərazisindəki ibadət ocağına xüsusi axının başlandığını deyib. Onun sözlərinə görə, hər cümə günü Bakı Dövlət Universitetinin ərazisindəki məscidə yeddi-səkkiz min insan ibadətə gəlir.

A. Məhərrəmov həmin vaxt ərazidə bütün hərəkətin dayandığını söyləyib: "Məscidin universitetin ərazisində tikilməsinə baxmayaraq, ali məktəbin heç bir razılığı nəzərə alınmayıb. Bu gün məscidin fəaliyyəti nəticəsində yaranan ağır vəziyyətlə bağlı video-çəkiliş aparmışıq. Doğurdan da vəziyyət dözülməzdir. Məscidə gələnlər arasında tez-tez insident baş verir. Buna isə heç bir nəzarət yoxdur. Orada səkkiz min insanın namaz qılması üçün yer yoxdur. Təsəvvür edin ki, namaz vaxtı yer çatışmır, insanlar yataqxanadakı otaqlara yeni tikilən və hələ istifadəyə verilməyən binaya daxil olub ibadət edirlər. Namaz vaxtı səsgücləndiricilərdən o qədər güclü səs verilir ki, bütövlükdə tədris prosesinə maneələr yaradılır. Demək olar ki, onların səsi auditoriyada müəllimin səsindən daha yüksək eşidilir. Biz hamımız Allahımızı tanıyırıq. Ancaq hər şeyin ölçüsü var".

A.Məhərrəmovun sözlərinə görə, son proseslər göstərir ki, belə qarışıq yerlərdən istifadə edib, müxtəlif terror hərəkəti törətmək istəyənlər var: "Bizim məqsədimiz məscidi bağlamaq deyil. Orada 150-200 nəfərdən artıq insanın ibarət etməsi üçün şərait yoxdur. Bir sözlə, nizam-intizama ehtiyac var".

BDU rektoru məscidin fəaliyyətini tənzimləyən heç bir qurumun olmadığını deyib. Onun sözlərinə görə, faktiki olaraq, sözügedən məscidin adı yoxdur: "Bu məscid heç bir quruma tabe deyil. Mən ilahiyyat fakültəsini oradan çoxdan köçürmüşəm. İlahiyyat fakültəsinin həmin məscidlə heç bir əlaqəsi yoxdur. O vaxt məscid Bakı meri olan Rauf Gülməmmədovun icazəsi ilə tikilib. Bizim müxtəlif qurumlara müraciət etməkdə məqsədimiz də məscidin fəaliyyətin nizam-intizamın yaradılmasıdır. Universitet auditoriyasının səsini batıran məscidin hüquqi statusu olmalıdır". // APA



Yerləşdirilib:23 May, 2009  10:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com