"Dağlıq Qarabağ münaqişəsi çox mühüm və Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyan məsələdir. Dağlıq Qarabağ məsələsi – bizim ağrımızdır. Biz, din xadimləri, istəyirik ki, Qarabağ problemi sülh yolu ilə həll olunsun". Bu fikirləri Rusiya paytaxtında keçiriləcək "MDB müsəlmanları konfessiyalararası və millətlərarası barışığa tərəfdardır" beynəlxalq onfransından bir gün əvvəl keçirilən mətbuat konfransında Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib.