POPULYARXƏBƏRLƏR

"İlahiyyət fakültəsi" camisi fəaliyyətini davam etdirəcək

Bakıdakı "İlahiyyət fakültəsi" camisi ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq "İlahiyyət fakültəsi" camisinin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Lent.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin Lent.az-a açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıq aparıldığını təsdiqləyib. "Biz məscidin müvəqqəti qapadılması ilə bağlı xəbəri alandan sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsilə danışdıq. Oradan bildirildi ki, belə bir şey danışıq mövzusu deyil. Bu, bizə verilən rəsmi açıqlama idi. Biz də eyni şeyi söyləyirik ki, "İlahiyyət fakültəsi" camisinin fəaliyyəti, orada ibadət davam edir".

Məscidin sənədlərinin qaydasında olmamasına gəlincə, M.Şahin bunu da təsdiqləyib: "Hələ 1993-cü ildə "İlahiyyət fakültəsi" camisinin inşaatına başlanarkən Yasamal rayonu İcra Hakimiyyətinin rəsmiləri tikinti işlərinin başlanmasına icazə verib. Bununla da məscid tikilib, tikinti bitdikdən sonra – 1996-cı ildən sonra da fəaliyyət göstərir. Sənədlərdə çatışmazlıq olması doğrudur. Məsələn, "Şəhidlər məscidi"nin sərəncamı var, ancaq "İlahiyyət fakültəsi" camisinin sərəncamı yoxdur. Bundan başqa, bir sıra sənədlər də qaydasında deyil. Ümid edirəm ki, bütün sənədlər qaydaya salındıqdan sonra "İlahiyyət fakültəsi" camisi dövlət qeydiyyatından da keçəcək".

"İlahiyyət fakültəsi" camisinin imamı İbrahim Memiş də Lent.az-a açıqlamasında mayın 22-də məscidin fəaliyyətinin dayandırılmayacağını bildirib: "Məscid ibadətə açıq olacaq".

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki ("Tələbə şəhərciyi") Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilmiş "İlahiyyət fakültəsi" camisinin fəaliyyətinin dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz zamanı elan edib. Bu barədə məlumatı ilk olaraq Lent.az yayıb.



Yerləşdirilib:21 May, 2009  16:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com