POPULYARXƏBƏRLƏR

"Bizi vəhhabi kimi təqdim edənlərin yazdıqlarını onların özlərinə yedizdirəcəm"

""Əbu Bəkr" şeytan yuvasıdır, Qamət isə kafirdir. Onun bəxti gətirib ki, partlayış zamanı ölməyib"

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ANS PRESS-in məlumatına görə, prosesdə təqsirləndirilən İlkin İsmayılov müdafiə çıxışı edib. O, bildirib ki, K.Əsədov əsgərliyə getməsini ondan gizli saxlayıb: "2006-cı ildə Kamran mənə demişdi ki, hərbi xidmətə gedib oradan silah götürüb harasa gedəcək. Hətta o, silah götürüb cihad etmək fikrində idi. Əsgərliyə getmək məsələsini mənimlə məsləhətləşməyib. Bu məsələ 2006-cı ildə olub və mən MTN-nin istintaq təcridxanasında idim".

İ.İsmayılov ABŞ və ona müttəfiq olan ölkələrə qarşı olması ilə bağlı ittihamı əsaslı sayaraq bildirib ki, bu əqidəsinə görə 2005-ci ildə ittiham olunub və 15 il azadlıqdan məhrum edilib: "Hansı əqidəyə mənsub olmağım barədə ibtidai istiqtaqda məlumat yoxdur. Mən etdiyim əmələ görə cəza almışam və bir əmələ görə iki dəfə ittiham olunmaq qanunda yoxdur"

Təqsirləndirilən Yaşar Məhərrəmov isə ona verilən ittihamla razı olmayıb. Məhkəmədən ona bəraət verilməsini xahiş edib. Zalda təqsirləndirilən Fərid Cabbarovla İlkin İsmayılovun valideynləri arasında mübahisə yaranıb. Bu zaman Kamran Əsədov hakimdən valideynlərin zaldan çıxarılmasını xahiş edib: "Biz Allah üçün mübarizə aparırıq, ancaq siz bizim adımızı batırırsınız".

Kamran Əsədov isə müdafiə çıxışında bunları deyib: "Mənim məqsədim Allahın dinini müdafiə etmək olub. Mən Allahın dinini müdafiə edirəm. Törətdiyim işi planlaşdırarkən heç bir müsəlmana zərər vermək fikrim olmayıb. Məqsədim kafirləri alçaltmaq və zəiflətmək olub".

K.Əsədov jurnalistləri hədələyib və onlara xəbərdarlıq edib: "Mənim dediklərimi təhrif etmədən olduğu kimi yazın. Unutmayın ki, 15 ildən sonra həbsdən çıxacam". O, orduya xidmət etmək üçün getmədiyini deyib. Ancaq silah götürmək fikrində olduğunu bildirib.

K.Əsədov ona verilən ittihamları qəbul etdiyini də vurğulayıb: "Verilən ittihamları qəbul edirəm. Düz etmişəm. Ancaq günahkar deyiləm. Biz bu kafir dövlətdə cinayətkar adlandırılırıq".

K.Əsədov onlara vəhhabi deyənləri də kəskin hədələyib: "Bizi vəhhabi kimi təqdim edib yazanların yazdığını onlara yedizdirəcəm. Sonra isə güllələyəcəm. Bizim vəhhabi adlandırılmağımız böhtandır". O bildirib ki, quldurluq etməyib, sadəcə "Lukoyl"a hücum edərək Azərbaycan neftindən paylarına düşən 625 manatı götürüblər. O, "Əbu Bəkr" məscidini şeytan yuvası adlandırıb və məscidin bağlanmasını düzgün addım hesab etdiyini bildirib. Proses mayın 29-da Kamran Əsədovun çıxışı ilə davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər radikal dini qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunur.



Yerləşdirilib:23 May, 2009  10:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com