POPULYARXƏBƏRLƏR

Dinimizin təhsilə verdiyi önəm

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, təlim-tərbiyə və təhsil insan üçün ən önəmli fəaliyyət növlərindən biridir. Bütün peyğəmbərlər bunun üçün göndərilmiş, bütün kitablar bunun üçün nazil edilmişdir. Böyük filosofların demək olar ki hamısı buna xidmət etmişlər. Sevimli Peyğəmbərimiz (s.ə.s.) "Məni Rəbbim tərbiyələndirdi və tərbiyəmi gözəl etdi" demiş, Uca Allah da sevimli qulu və elçisi Həzrəti Muhəmmədə (s.ə.s.) xitabən "Həqiqətən, sən yüksək bir əxlaq üzərindəsən" buyurmuşdur.

Təlim-tərbiyənin hədəfi insana lazım olan biliyi vermək, ona həyatda lazım ola biləcək bacarıqları qazandırmaq, onu yüksək mənəvi dəyərlərə sahib etmək, pis vərdişlərdən qorumaq və yaxşı vərdişlər qazandırmaqdır. Bu, həm ailədə, həm məktəbdə, həm iş yerində, həm hərbi xidmətdə, həm ictimaiyyət arasında, bir sözlə hər yerdə olmalıdır.

Eyni yaşda olan uşaqların təlim yeri demək olan hər səviyədəki məktəblər insanların təlim-tərbiyəsi üçün ən əlverişli müəssisələrdir. Yaşa görə lazımi biliklər orada qazanılır, tay-tuşla dostluq orada qurulur, böyük-kiçik sevgisi ilə bərabər, qanunlara və digərlərinin haqlarına hörmət etmək orada vərdiş halına salınır.

Əziz qardaşlar!

Dinimiz beşikdən məzara qədər elm öyrənməyi tövsiyə etmiş, "Elm Çində də olsa arxasınca gedin" deyə buyurmuşdur. İnsanları darağın dişləri kimi eyni səviyyədə bərabər tutan dinimiz: "Heç bilənlə bilməyən bir olarmı?" buyurmaqla, elm sahiblərinin savadsızlardan üstün olduğunu xatırlatmışdır. Həzrəti Əli "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdir. Müxtəlif hədislərdə alimlərin mürəkkəbinin şəhidlərin qanı ilə eyni olduğu bildirilmişdir.

Dinimizə görə bu dərəcədə önəmli olan elm və ona aparan təlim-tərbiyəyə lazım olan önəmi göstərməliyik. Övladımızı məktəbə hazırlamalı, məktəb xərclərinin ödəməli, ehtiyac olduqda məktəbin xərclərinə də yardım etməliyik.

Dinimiz bizə yalnız din elmlərini deyil, dünyəvi elmləri də öyrənməyi əmr etmiş, insanların mələklərdən olan üstünlüyünü insan övladının sahib olduğu elmlə əlaqələndirmişdir.

Əziz qardaşlar!

Bütün bunlar insanın insan olma xüsuiyyətini ortaya qoyması fəaliyyətidir. Biz uşaqlarımıza həm dini dəyərlərimizi öyrətməli, həm də müasir elmlərdə, hətta dövrün önünə getmələrinə yardımçı olmalıyıq. Bunun üçün təhsilə böyük diqqət ayırmalı, məktəblərə, müəllimlərə önəm və dəyər verməliyik. Unutmayaq ki, Həzrəti Peyğəmbərimiz (s.ə.s.) "Elm müsəlmanın itmiş malıdır, harda görsə götürsün" demişdir. Biz isə bu malımızı orta əsrlərdə Avropaya ötürmüşük. Artıq o mala sahib çıxmağın vaxtı deyilmi?

Aqil Hacıyev
[email protected]



Yerləşdirilib:24 Yanvar, 2008  19:35, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com