Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən bu il Aşura günündə keçirilən qanvermə aksiyasında 1180 nəfər iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, altı məsciddə keçirilən aksiya nəticəsində 500 litrə yaxın qan əldə olunub.
Həmin qan ehtiyatı talassemiya, hemofiliya və ehtiyacı olan digər xəstələrə pulsuz paylanacaq.