Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nərimanov rayon şöbəsi və Nərimanov Rayon Polis İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi tədbirlər nəticəsində satışı qadağan olunmuş dini ədəbiyyat götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rayon ərazisində Təbriz küçəsindəki "Müslüm-Shop" mağazasının işçiləri Rafiq Bayramovdan 63 ədəd, Elşad Xəlilovdan isə 443 ədəd yayılması və satışı qadağan edilmiş dini ədəbiyyat aşkarlanaraq götürülüb.