İslam Konfransı Təşkilatı (İKT) nəşr etdiyi məlumatla soyuq hava şərtləri və yanacaq çətinliyi qarşısında Tacikistan Müsəlmanlarına təcili olaraq insani yardım edilməsini istəyib. İKT Tacikistanda yaşanan həddindən artıq soyuqlar və qışın çox sərt keçməsini nəzərə alaraq bura köməyin vacib olduğunu və İslam cəmiyyətinin bir an əvvəl Tacik Müsəlmanlara kömək etməsinin lazım olduğunu elan edib.
Bu il həddindən artıq soyuqlar xüsusilə Orta Asiya ölkələrini və Tacikistanı ciddi yanacaq, elektrik və enerji çətinliyinə məruz qoyub və Tacikistanda istehsal xəttlərinin çoxunun bağlanmasına səbəb olub.
Tacikistanda elektrik çətinliyi səbəbiylə xarici nümayəndəliklər tətil edildi və ya iş saatları azaldılıb.