"Vikipediya" saytının təşkilatçıları Məhəmməd Peyğəmbərin (ə.s.) həyatı haqqında səhifədən onun təsvirini çıxarmaq barədə təklifi qəbul etməyiblər. Bu barədə "VEB planeta" saytı məlumat yayıb. Belə ki, Məhəmməd Peyğəmbər (S.Ə.) ölümqabağı ona sitayiş etməyi qadağan etmişdi və elə buna görə də, onun təsviri olan bütün şəkillər qadağan edilib.
Məhz buna görə də İslam dininə qulluq edənlər peyğəmbərin tərcümeyi-halı haqqında ingilis dilli səhifədən onun şəkillərinin çıxarılmamasına qəzəbləniblər. Verilən məlumata görə, ingilis dilli müsəlmanlar bu cür addımın nəinki dinə qarşı olduğunu, həmçinin yer üzündəki 1,7 milyard müsəlmanı təhqir etdiyini deyiblər. Müsəlmanlar fikirlərini bildirməklə yanaşı məqalədəki lazımi dəyişikliklərə dəstəklə bağlı fəal imzatoplama mərasiminə başlayıblar. Bu vaxta qədər ərizəyə 130 mindən çox adam qol çəkib.
"Vikipediya" ensiklopediyasının sahibləri isə məqaləyə şərh verərkən saytdakı şəkilləri bloka salan səhifəyə istinad ediblər. (Bu səhifədə ensiklopediyadakı bütün şəkillər bloka salınmasının üsulları göstərilib). Bundan başqa qeyd olunub ki, "Vikipediya" ictimaiyyətin mülküdür, əgər material yaxşıdırsa və "qızıl məqalələr siyahısına daxil olubsa", o, hər bir kəsə şəxsi olaraq uyğun gələ bilməz.