Danimarkanın 5 gündəlik qəzeti Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəlliflərdən birinə qarşı planlaşdırılan sui-qəsdə etiraz əlaməti olaraq bu karikaturalardan birini yenidən dərc edib. Fevralın 12-də Danimarkanın Aarxus şəhərində bir neçə nəfər, o cümlədən iki tunisli və Mərakeş əsilli danimarkalı həbs olunub.
Onlar 2005-ci dilə Məhəmməd peyğəmbərin karikaturalarını çəkmiş rəssamlardan birinə sui-qəsd planlaşdırmaqda ittiham edilir. Bu şəxslərin konkret hansı müəllifi öldürmək istədikləri bildirilməsə də, "Jyllands-Posten" qəzeti şübhəli şəxslərin 73 yaşlı karikaturaçı Kurt Vesterqaardı aradan götürmək istədiklərini yazıb.
Xatırladaq ki, bütün müsəlmanları hiddətləndirən və beynəlxalq qalmaqala səbəb olan karikaturalar 2005-ci ilin sentyabrında ilk dəfə məhz "Jyllands-Posten"də dərc edilib.