Sentyabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başa çatıb. Bu barədə APA "Azərtac"a istinadən məlumat verir.
İordaniya kralı II Abdulla Con Stüartın "The Daily Show" tok-şousunun efirində yeni yaşayış məskənlərinin tikilməsi davam etdirilərsə, İsrail-Fələstin danışıqlarının dayandırılacağını və müharibə başlayacağını bəyan edib
ABŞ administrasiyası daha çox iranlının prezident Barak Obamanın İran lideri Mahmud Əhmədinecatın çıxışları və digər məsələlər barədə nə fikirləşdiyini bilməyi üçün əlindən gələni edəcək
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Abdel Vahed Radi ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Təzəpir məscid kompleksində olub. Bu barədə APA "Azərtac"a istinadən məlumat verir.
Sentyabrın 25-dən etibarən İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaq.