Əfqanıstanda Təhlükəsizliyə Beynəlxalq Dəstək Qüvvələrinin (İSAF) vertolyotu qəzaya uğrayıb. APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, olay zamanı 9 hərbçi həlak olub, 4 nəfər yaralanıb. Qəza sentyabrın 21-də Əfqanıstanın cənubunda baş verib. Hələlik hadisənin təfərrüatları bəlli deyil.