POPULYARXƏBƏRLƏR

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri: "İstərdik ki, Dağlıq Qarabağ problemi azərbaycanlı qardaşlarımızı razı salacaq şəkildə h&

Fəhd bin Əli əl-Dusəri:"Bizdə olan demokratiya dünyada başa düşülən demokratiyadan fərqlidir"

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Dusərinin krallığın yarandığı gün – ölkənin milli bayramı ilə əlaqədar APA-ya müsahibəsi

- 23 sentyabr Səudiyyə Ərəbistanında milli bayram kimi qeyd olunur. Bu bayramın tarixçəsi haqqında məlumat verməyinizi xahiş edirik.

- Bu, Səudiyyə Ərəbistanı Krallığının yarandığı gündür. 1932-ci ildə kral Əbdüləziz Səudiyyə Ərəbistanını vahid ölkə kimi birləşdirib. Buna qədər isə Səudiyyə Ərəbistanı müxtəlif hakimliklərdən ibarət idi. Dövlətin yaradılması yalnız kralın zəhməti deyil, yerli əhalinin onunla həmrəyliyi, ona dəstəyi nəticəsində mümkün oldu, xalqla kralın əl-ələ verməsi müasir bir dövlətin əsasını qoydu. Vahid dövlətdən əvvəl bu ərazidə müxtəlif qəbilələrin hakimiyyəti hökm sürürdü. Parçalanmış qəbilə dövlətlərində təhlükəsizlik problemi meydana çıxırdı, ancaq vahid dövlətdə birləşdikdən sonra bu məsələ öz həllini tapdı. Beynəlxalq ekspertlər hazırda Səudiyyə Ərəbistanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu bildirirlər. Onlar ölkədə həm ictimai, həm də iqtisadi sabitliyin hökm sürdüyünu qeyd edirlər. Səudiyyə Ərəbistanında siyasi birlik mövcuddur, kral Əbdüləzizdən sonra Səudiyyə xalqının razılığı ilə onun övladları hakimiyyət başına gəlib ölkəni idarə edirlər.

Ölkənin qanunvericilik orqanı Şura Məclisi adlanır. Məclis dünyada ən fəal parlamentlərdən biridir. Parlament qəbul olunan bütün qanun və qərarlara nəzarət edir, hökumətə təqdim olunan hər hansı layihələr barədə öz rəyini bildirir. Bildiyiniz kimi, ölkələrin həm daxili, həm də xarici siyasəti olur. Daxili siyasətin prioriteti odur ki, əhaliyə xidmət göstərilsin. Bu, hökumətin əsas funksiyasıdır. Hökumətimiz çalışır ki, əhalinin rifahını yüksəltmək üçün bütün zəruri tədbirləri görsün.

Səudiyyə Ərəbistanının xarici siyasətinə gəldikdə, bu, bütün beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir. Xarici siyasətimiz BMT-nin qərarlarına uyğun surətdə həyata keçirilir. Ölkəmiz beynəlxalq ədalət və sülhü dəstəkləyir, bütün dövlətlərlə ikitərəfli qarşılıqlı dostluq və ümumi mənafelərdən çıxış etməklə əməkdaşlıq edir, tərəfdaşlıq əlaqələri qurur. Xüsusən də müsəlman ölkələri ilə qardaşlıq əlaqələri yaradır və əməkdaşlıq edirik.

- Neftdən başqa hansı sahələr Səudiyyə Ərəbistanı iqtisadiyyatının əsasını təşkil edir?

- Neft sərvətləri ölkənin əsas gəlir mənbələrindən biridir. Səudiyyə Ərəbistanı dünyada ən çox neft ixrac edən ölkələrdən biridir. Ölkəmiz neft sahəsində balanslaşdırılmış siyasət yeridir, həm istehlakçıların, həm də istehsalçıların hüquqlarının qorunmasını təmin edir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, Səudiyyə Ərəbistanı onun inkişafı ilə bağlı ciddi işlər görməsin. Neft-kimya sənayesi ən inkişaf etmiş sahədir.

Kənd təsərrüfatı sahəsində çox böyük bir sıçrayış var. Ümumi Daxili Məhsulda kənd təsərrüfatının payı 40 milyard Səudiyyə rialına bərabərdir. Səudiyyə Ərəbistanı kimi səhra şəraitində olan bir ölkə üçün aqrar sahədə bu cür sıçrayışa nail olmaq böyük hadisədir.

İnfrastruktur layihələrinə gəldikdə, yolların, hava limanlarının inşa edilməsində qabaqcıl ölkə sayılırıq.

Səudiyyə Ərəbistanı dünyanın bir çox ölkəsi ilə böyük ticarət dövriyyəsinə malikdir. Həm Şərq, həm də Qərblə ticarət mübadilələri həyata keçiririk.

Təhsil sahəsində Səudiyyə Ərəbistanı bütün yüksək standartlara çatmış ölkələrdən sayılır. Ölkədə təhsil pulsuzdur. Təhsil bütün vətəndaşları əhatə edir, ödənişli təhsil almaq istəyənlər pullu təhsil ocaqlarında təhsil alır. Hər il minlərlə oğlan və qız tanınmış xarici universitetlərdə dövlət hesabına təhsil almağa göndərilir.

Səudiyyə Ərəbistanında hazırda müasir texnologiyalara diqqət çox böyükdür. Universitetlərdə 500-ə yaxın texnologiya fakültələri fəaliyyət göstərir. Keçən il kral Abdulla adına Elm və Texnologiya Universiteti yaradılıb, orada elmi-texnoloji sahədə araşdırmalar aparılır. Bu universitet böyük nüfuza malikdir, onun açılışında Almaniya, Yaponiya, Malayziya, Suriya və s. ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.

Səudiyyə Ərəbistanı səhiyyəsi dünyada ən inkişaf etmiş səhiyyə sistemlərindən biridir. Həm xəstəxanalarda və səhiyyə mərkəzlərində, həm də apteklərdə vətəndaşlara pulsuz xidmət olunur, dava-dərman da pulsuzdur. Ödənişli xəstəxana və apteklər də var. Səudiyyə Ərəbistanı bütün dünyada olan tibbi personaldan faydalanmağa çalışır, ölkəmizdə Azərbaycandan bir çox həkim işləyir.

Maliyyə və bank xidmətləri ölkənin hər bir guşəsində yüksək səviyyədədir, elektron hökumət layihəsi yüksək səviyyədə təmin olunub. İnternet vasitəsilə bütün kommunal haqları ödəmək olur. Mən Bakıda ola-ola internet vasitəsilə öz evimin bütün ödəmələrini həyata keçirirəm. İstənilən dövlət idarəsindən hansısa razılıqları almaq üçün (məsələn, ev inşa edilməsi) həmin idarələrə getməyə ehtiyac yoxdur.

Bizdə olan demokratiya dünyada başa düşülən demokratiyadan fərqlidir. Mən onu islam demokratiyası adlandırardım. Hər hansı vətəndaş arzusu və istəyi olarsa, kralla görüşə bilər. Məncə bu cür demokratiya dünyanın başqa ölkələrində yoxdur. Adi bir vətəndaş öz problemi ilə bağlı kralla görüşə bilər, bunun üçün kral həftənin bir gününü adi vətəndaşlarla görüşlərə ayırıb.

Mətbuat sahəsində də çox geniş inkişafa nail olunub. İfadə azadlığı hamı üçün təmin edilib. Təbii ki, ölkənin təhlükəsizliyinə zərər vura biləcək, düşmənçilik, dözümsüzlük yarada biləcək azadlıqları nəzərdə tutmuruq.

- Hökumətdə, parlamentdə qadınlar təmsil olunurmu?

- Müşavir qadınlar var, təhsilə cavabdeh nazir vəzifəsinə uyğun post var, orada xanım çalışır. O, qadınların təhsilinə nəzarəti həyata keçirir. Qadınlara aid nə məsələ varsa, onlar qadınlara həvalə olunur.

- Həcc ziyarətinin vaxtı yaxınlaşır. Bununla bağlı dəyişikliklər varmı? Səudiyyə Ərəbistanı bu il Azərbaycandan və dünyadan neçə zəvvarı qəbul edəcək?

- Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti təşkil edir. Zəvvarlar Allah Evinin qonaqlarıdır. Onlar üçün bütün şərait yaradılır, xidmətlər göstərilir. Səudiyyə Ərəbistanı zəvvarlarla bağlı məhdudiyyət qoymur, məhdudiyyət həmin yerlərin əraziləri ilə bağlıdır. Məkkə nə qədər insanı qəbul edə bilirsə, o qədər də gəlir. Bu il Azərbaycandan 5-6 min zəvvar gedəcək. Bu məsələ Azərbaycanda olan əlaqədar qurumun Səudiyyədən nə qədər yer istəməsindən asılıdır.

- Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında olan ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?

- Siyasi əlaqələr çox yüksək səviyyədədir, hər iki ölkə bütün beynəlxalq forumlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir və mövqelərini uyğunlaşdırmağa çalışır. İqtisadi əlaqələr də yaxşı səviyyədədir, ancaq istəyirik ki, daha yaxşı olsun. Səudiyyə İnkişaf Fondu Azərbaycanda bir çox layihələri maliyyələşdirir. Yaxın vaxtlarda iqtisadiyyat sahəsində bəzi sazişlərin imzalanması gözlənilir. Bu sənədlər iqtisadi əlaqələrin əsasını təşkil edir. Ölkələr arasında əlaqələrin inkişaf perspektivləri həm ticarət həm də investisiyalar sahəsində zəngin və şəffafdır.

- Enerji sahəsində əməkdaşlıq lazımı səviyyədədirmi?

- Ölkələrimizin neft sahəsinə rəhbərlik edən qurumları arasında saziş var. Onlar həmişə neftlə bağlı siyasətlərini koordinasiya edirlər. Hər iki ölkə Beynəlxalq Enerji Forumunun üzvüdür. Hər iki ölkənin nümayəndələri həmin forum çərçivəsində bir-biri ilə əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı neft cəhətdən çox əhəmiyyətli ölkədir, Azərbaycanın da bu sahədə əhəmiyyəti böyükdür.

- Azərbaycanda islami dəyərlərin qorunmasını necə qiymətləndirirsiniz?

- Mən Azərbaycana gəldiyim vaxtdan bəri əksər regionlarında olmuşam. Bütün yerlərdə islami çalarlarla rastlaşmışam, bu da məni çox sevindirir. Azərbaycanın bütün guşələrində məscidlər var, evlənmək və digər ənənələr islam adətləri əsasında həyata keçirilir. Ailədaxili münasibətlər, kənd və şəhərlə olan əlaqələr islam adət-ənənələrinə uyğundur. Azərbaycanda islam memarlıq üslubu da geniş yayılıb.

- İslam Konfransı Təşkilatının qərargahı Ciddə şəhərində yerləşir. Təşkilatda islahatlara başlanılıbmı?

- İslam Təşkilatı Konfransı bütün islam ölkələrini əhatə edir, onların üzərində bir çətir kimidir. Müsəlman ölkələrinin hər hansı bir problemi olanda bu çətirin altına yığışmağa çalışırlar. İKT bir neçə qurumdan ibarətdir, məsələn təhsil üzrə İSESCO, Qırmızı Aypara Cəmiyyəti, turizm və mədəniyyət nazirlərinin birliyi və s. Bu təşkilat bir çox sahələr üzrə ixtisaslaşıb. Əgər biz həmin qurumların işini canlandıra bilsək, istədiyimizə nail ola bilərik. Bu təşkilata ümidimiz böyükdür. İnanırıq ki, İKT islam ölkələrinin problemlərinin həllinə öz töhfəsini verəcək.

- Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı hər zaman dəstəkləyir, hətta buna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Krallıq digər islam ölkələrini də bu mövqedən çıxış etməyə çağırırmı?

- Səudiyyə Ərəbistanının Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir. Səudiyyə Ərəbistanı BMT-nin və İKT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi bütün qərarları dəstəkləyir. O qərarlarda Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd olunur. Mən istərdim ki, bu problem yaxın vaxtlarda azərbaycanlı qardaşlarımızı razı salacaq şəkildə həll olunsun.



Yerləşdirilib:25 Sentyabr, 2010  11:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com