Ərəb Liqası fələstinlilərin Israil İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi dayandırmayınca, İsraillə birbaşa danışıqlara daxil olmayacaqları qərarını dəstəkləyib.
Nizami Məmmədzadə - APA. Gələn ildən başlayaraq İslam İnkişaf Bankı (İİB) Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndələri deyiblər.
İranın xarici işlər naziri Manuçehr Mottəki bildirib ki, Tehranın mübahisəli nüvə proqramına dair iri dövlətlərlə danışıqlar üçün oktyabrın sonu və ya noyabrın əvvəli münasib vaxtdır.
Əfqanıstanın şimalındakı Tahar əyalətinin məscidlərinin birində baş vermiş partlayış nəticəsində həlak olan 20 nəfərin arasında ölkənin Qunduz əyalətinin valisi Ömər Məhəmməd də var. Bu barədə CNN məlumat verib.
Nyu-York şəhərinin Times meydanında partlayıcı qurğunu işə salmağa cəhd göstərdiyini etiraf edən ABŞ vətəndaşı, pakistanlı Feysəl Şahzadla bağlı hökm çıxarılıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar Azərbaycana səfər edəcək.