Pakistanın Böyük Britaniyada yaşayan keçmiş prezidenti, general Pərviz Müşərrəf böyük siyasətə qayıdacağını bəyan edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Müşərrəf Britaniyanın BBC radiosuna müsahibəsində deyib ki, yeni siyasi partiya yaratmaq və Pakistanda 2013-ci ildə keçəcək ümummilli seçkilərə qədər siyasətə qayıtmaq niyyətindədir.