BMT ekspertləri bu il mayın sonunda İsrail xüsusi təyinatlılarının Qəzza zolağına humanitar yardım daşıyan "Azadlıq donanması"na hücumunu pisləyiblər
56 səhifəlik sənəddə İsrail hərbçilərinin gücdən qeyri-adekvat istifadə etdikləri bildirilir. Sənəd müəlliflərinin fikrincə, İsrail xüsusi təyinatlıları yolverilməz qəddarlıq nümayiş etdiriblər.
3 nəfərdən ibarət ekspertlər qrupu İsrailin beynəlxalq hüquq və insan haqlarını pozduğu qənaətinə gəlib.
Hesabatda həmçinin İsrailin Qəzza zolağını blokadada saxlaması pislənilib. Ekspertlər zolaqda yaranmış humanitar böhran səbəbindən blokadanı qanunsuz sayırlar. İsrail hələlik hesabata şərh verməyib.