Rusiya İrana C-300 zenit-raket kompleksi (ZRK) satmaq planlarından imtina edib.
APA-nın məlumatına görə, bunu "İnterfaks" agentliyinə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Nikolay Makarov bildirib.
N. Makarovun sözlərinə görə, bu qərar BMT-nin 9 iyun 2010 il tarixdə İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı qəbul olunub. Bununla belə, N. Makarov, C-300 komplekslərinin İrana satılması haqqında müvafiq müqavilənin ləğv olunub-olunmayacağına birmənalı cavab verməyib.
Qeyd edək ki, Rusiya və İran arasında C-300 ZRK-ların alğı-satqısına dair bağlanılmış müqavilənin dəyəri 800 mln. ABŞ dollarıdır.