AŞPA-nın qış sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Tomas Hammarberqin illik hesabatı dinlənilib.
APA-nın Avropa bürosunun məlumatına görə, hesabat ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın “Fransa Senatının qəbul etdiyi uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun söz və ifadə azadlığına nə dərəcədə zərbə vura bilər” sualını Tomas Hammarberq belə cavablandırıb: “Avropa Şurasının baş katibi Tyorbörn Yaqland bu məsələ ilə bağlı mövqeyini bildirib və mən də onun fikirləri ilə tam razıyam. Əlbəttə ki, bu, Fransa Senatı tərəfindən məsələyə düzgün yanaşma deyil və söz azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi məsələsində baş katibi Tyorbörn Yaqlandın sözlərini tam dəstəkləyirəm”.