Misirin paytaxtı Qahirənin Təhrir meydanında xalq üsyanının ildönümünü qeyd edən insanlar keçmiş prezident Hüsnü Mübarəkin, eləcə də Suriya prezidenti Bəşər Əsəd və Yəmən lideri Əli Abdulla Salehin edam olunmasını tələb ediblər. APA-nın xəbərinə görə, mitinqçilər Suriya və Yəmən inqilabçılarına dəstək veriblər və bu ölkələrdə rejim dəyişikliyinin zəruriliyini vurğulayıblar.
İştirakçılar İsraili hədələyiblər: “İsrail məhv olmalıdır. Siz bizim düşmənimizsiniz. Unutmayın, biz 25 yanvar gəncləriyik”.
Qeyd edək ki, Misirdə xalq inqilabının baş verdiyi 25 yanvar tarixi milli bayram və istirahət günü elan olunub.