Pakistan dövləti Ermənistanı müstəqil ölkə kimi tanımır.
SalamNews-un məlumatına görə, bu barədə Pakistanın Azərbaycandakı səfirliyindən verilən açıqlamada deyilir.
Bildirilib ki, beynəlxalq hüquq prinsiplərini tapdalayaraq terrorçuluqla digər ölkənin ərazisini işğal edən Ermənistan Pakistanın dostu ola bilməz: “Azərbaycanın problemi Pakistanın problemidir. Pakistan hər zaman Azərbaycana dəstək verib və bundan sonra da mövqeyini dəyişməyəcək”.