Fələstin Milli Administrasiyasının nazirlər kabineti İsraildən Fələstin parlamentinin spikeri Əbdel-Əziz əd Düeyki və digər deputatların azad olunmasını tələb edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin Ofere şəhərinin məhkəməsi Əbdel-Əziz əd Düeykini daha 6 ay həbsdə saxlanılması barədə qərar verib. Parlamentin spikeri yanvarın 19-da Qüdsün şimalında blok-posda, Hevron şəhərindəki evinə qayıdarkən həbs edilib.
Onun vəkili bildirib ki, məhkəmə ittiham irəli sürmədən həbsdə saxlama müddətini artırıb. Fələstin tərəfinin verdiyi məlumata görə, İsraildə daha 6 fələstinli millət vəkili, bir sabiq nazir və “Fələstinin azadlığı xalq cəbhəsinin” başçısı həbsxanada saxlanılırlar.