Türkiyənin birinci xanımı, ölkə prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gül, xarici ölkələrin Ankaradakı qadın səfirlərini, beynəlxalq təşkilatların qadın nümayəndələrini və səfirlərin həyat yoldaşlarını nahara dəvət edib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, tədbirə yalnız Fransa səfirinin həyat yoldaşı dəvət olunmayıb.
"Çankaya Köşkü"ndə təşkil edilən mərasimdə Türkiyədə fəaliyyət göstərən bütün qadın səfirlər, Aİ, BMT kimi beynəlxalq təşkilatların qadın nümayəndələri və səfirlərin həyat yoldaşları iştirak ediblər.
Fransanın Ankaradakı səfiri Laurent Bilinin həyat yoldaşı Sabine Bili qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Senatında qəbul edilməsinə etiraz əlaməti olaraq nahara dəvət olunmayıb.