İran tüməninin ABŞ dolları ilə nisbətdə kəskin ucuzlaşması səbəbindən Kərbəla və Nəcəf şəhərlərində İslam Respublikasının valyutasının ödəniş vasitəsi kimi qəbulu dayandırılıb.
SalamNews-un ''ABNA''ya istinadən verdiyi xəbərə görə, daha öncə İraqa gələn iranlı turist və zəvvarlar öz valyutalarından sərbəst istifadə edə bilirdilər.
Bununla belə, son günlərdə ABŞ dollarının İran valyutasına nisbətdə kəskin bahalaşması İraq ərazisində yaşayan iranlılar üçün şok effekti yaradıb.
İraqlı ekspertlər isə, bu prosesin Bağdad, Kərbəla, Nəcəf və Samirə şəhərlərində yerləşən müqəddəs ziyarətgahlara gələn zəvvarların sayında özünü güstərəcəyini bildiriblər.