İordaniyanın paytaxtında keçiriləcək Fələstin-İsrail danışıqlarının beşinci mərhələsi sonuncu olacaq. Bu barədə Fələstinin "Maan News" xəbər agenltiyi Fələstin Muxtariyyəti Administrasiyasının (FMA) rəsmi nümayəndəsinə istinadən xəbər verib.
Fələstinin Əmmandakı nümayəndə heyəti bəyan edib ki, bu həftə - sonuncudur və gələcəkdə İsraillə danışıqlar olmayacaq.
SalamNews Reuters-ə istinadən xəbər verir ki, Fələstinin İcraiyyə Komitəsinin üzvü Xan Əmir, İsrail hokumətini danışıqların pozulmasında ittiham edib. Onun sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu fələstinlilərlə dialoq yolu ilə sülh əldə etməyə cəhd göstərmir.
Öz növbəsində İsrail bəyan edib ki, FMA “Yaxın Şərq kvarteti” çərçivəsində danışıqları davam etdirəcək.