«Mayın 23-də Bağdadda İranla «altılıq» ölkələri arasında keçiriləcək növbəti müzakirələrdə Tehrana qarşı sanksiyalar ləğv olunmayacağı təqdirdə bütün Avropaya neft ixracını dayandıracağıq». APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi bildirib.